Misli Premyer Liqasının debütantı "Araz Naxçıvan" 10-cu turu çərçivəsində dünən səfərdə "Qəbələ" ilə qarşılaşdı. Görüş qonaq komandanın 4:1 qələbəsi ilə yekunlaşdı. Bu mövsüm oyunu ilə adından söz söz etdirən "qırmızı-ağlar"ın yarımmüdafiəçisi Vadim Abdullayevlə əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
"6 nömrə"nin Fanat.Az-a açıqlaması belə oldu:
"Biz bütün oyunlara qələbə üçün çıxırıq. "Qəbələ" səfəri həmişə çətin olur. Hava faktoru da var. İlk 15-20 dəqiqə havaya uyğunlaşmağa çalışdıq. Bizim işimiz meydanda əlimizdən gələni etməkdir. İstəyirik ki, qələbələrlə yanaşı yaxşı oyun nümayiş etdirək. "Qəbələ" keyfiyyətli futbolçulardan ibarət komandadır. Rəqibin iki qırmızı vərəqə alması xeyirimizə oldu. Bu oyunda biz qələbəni daha çox istədik və Allah da bizə nəsib etdi".
Nahid Məmmədov