Birinci Liqanın 6-cı turunun açılış oyununda "Araz Saatlı" səfərdə "Zaqatala" ilə qarşılaşacaq.
Mərkəzi Aran təmsilçisindən Fanat.Az-a verilən məlumata görə, "pambıqçılar" bu oyuna iki itki ilə çıxacaq.
Bunlardan biri "Mingəçevir" lə oyunda zədələnən Əli Tağızadə digəri isə ötən oyunda qırmızı vərəqə alan Həmzə Əliyevdir.
Qeyd edək ki, görüş bu gün saat 14:00 - da Zaqatala Olimpiya İdman Kompleksində baş tutacaq.
Nahid Məmmədov