Misli Premyer Liqasının 11-ci turunda "Qarabağ" “Araz-Naxçıvan”la qarşılaşacaq. Ötən gecə Avropa Liqasında "Bayer Leverkuzen"lə ağır oyun keçirən və böyük hesabla uduzaraq geri dönən Ağdam təmsilçisini debütantla görüşdə də çətin matç gözləyir. İnamlı çıxış edən "Araz-Naxçıvan" turnir cədvəlində 3-4-cü yerləri bölüşür. Komandalar bazar günü Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaqlar.
Naxçıvan təmsilçisinin hücumçusu Elvis Maşike "Qarabağ"la görüşü dəyərləndirib.
Konqolu forvard Fanat.Az-a bunları deyib:
“Qarabağ”la oyun bizim üçün çətin olacaq. Onlar Avropa Liqasında oynayırlar, diqqətlərini və güclərini iki cəbhəyə yönəldiblər. “Bayer”lə səfər görüşündə ağır məğlubiyyət aldılar. Biz isə sırf “Qarabağ”la oyuna hazırlaşırıq. Ola bilsin ki, bizimlə oyunda çətinlik çəksinlər. Çünki çox oyun keçirirlər və yorulurlar. Bu oyunda qol vurmağı çox istəyirəm. İnanıram ki, onları büdrədəcəyik".
Mirağa