11:27 31.10.2023 749

“Qərb derbisi”ndə “qol yağışı”, “Sabah” özünə gəldi – Tura baxış

Misli Premyer Liqasında XI turun oyunları sürprizlərlə zəngin oldu. “Qarabağ”ın Respublika stadionunda “Araz Naxçıvan”a uduzması turun ən böyük sensasiyası sayıla bilər. “Turan” “Kəpəz”i dörd cavabsız qolla məğlub etdi. “Sabah” da səfərdə “Neftçi”ni üstələməklə azarkeşlərini ümidləndirdi.

“Zirə” – “Səbail” 2:2
Qollar:
İssa Cibrila, 19, Rüstəm Əhmədzadə, 78 - Pedro Nuno, 31, 34 
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 99. Nazim Həsənzadə, 46. Taleh Fərmanov, 64. Mahmud Ağayev, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç
Baş məşqçi: Rəşad Sadıqov
“Səbail”: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev

“Səbail” təəccübləndirməkdə davam edir. Ötən tur “Neftçi”ylə sona qədər döyüşən “dənizçilər” bu dəfə lider “Zirə”ni büdrətdi. Özü də yenə də “Səbail”in iştirakı ilə bolqollu oyuna şahidlik etdik. İssa Cibrila 19-cu dəqiqəsində hesabı açıb, meydan sahiblərinin azarkeşlərini sevindirdi. Amma qəsəbə təmsilçisi bu üstünlüyü qoruya bilmədi. Nuno qısa müddət ərzində qonaqları önə çıxardı. 31-ci dəqiqədə gözəl qola imza atan Nuno bundan üç dəqiqə sonra “dubl”unu rəsmiləşdirdi. “Zirə”ni məğlubiyyətdən Rüfət Əhmədzadə xilas etdi. 78-ci dəqiqədə vurulan qol oyunda sonuncu oldu. Hərəyə iki qol vuran tərəflər bir xalla kifayətləndilər.
Maraqlıdır ki, ardıcıl xal itkilərinə baxmayaraq, “Zirə” liderliyini qorumağı bacardı. Qəsəbə təmsilçisi 21 xalla birinci yerdə qərarlaşıb. Ondan cəmi üç xal geridə qalan “Səbail” isə 4-cü pillədədir.

“Turan Tovuz” – “Kəpəz” 4:0
Qollar:
Otto Con, 45. Roderik Miller, 54. Sertan Taşkın, 58. Luis Paçu, 67.
“Turan Tovuz”: 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 57. Cavid Qasımov, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fall, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov.
Baş məşqçi: Azər Məmmədov.

“Kəpəz”in “qara günlər”i davam edir. Azər Məmmədovun çalışdırdığı komanda Tovuzda ağır məğlubiyyətə uğradı. Bu mövsüm doğma meydanda qələbəyə həsrət qalan tovuzlular həsrətə “Kəpəz”lə oyunda son qoydu. Özü də 4:0 hesablı möhtəşəm qələbəylə. Otto Con 45-ci dəqiqədə fasilə ərəfəsində meydan sahibləri komandasını hesabda önə çıxdı. Fasilədən sonra da “Turan Tovuz”un üstünlüyü davam etdi. Bu üstünlük də öz əksini hesabda tapdı. Daha üç dəfə fərqlənən meydan sahibləri böyük hesablı qələbəylə azarkeşlərini sevindirdi.
15 xallı üç komandadan biri olan “Turan Tovuz” 6-cı sıranı “özəlləşdirib”. Xal ehtiyatı 6 olan “Kəpəz” isə turnir cədvəlinin sonuncusudur.

“Sumqayıt” – “Qəbələ” 0:0
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
“Qəbələ”: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

“Kapital Bank Arena”da keçirilən qarşılaşmada qapılara qol vurulmadı. Azarkeşlərini qolla sevindirə bilməyən “Sumqayıt”la “Qəbələ” qazandıqları bir xala sevinməli oldular. Çünki “dişsiz” oyunun mükafatı elə bir xal olmalı idi. Düzdür, “Qəbələ” “Sumqayıt”ın qapısının  torunu silkələyə bildi, amma hakimlər qolu qeydə almadılar. 90 dəqiqə ərzində başqa qol qeydə alınmadı.
Bu yerdə onu da qeyd edək ki, “Sumqayıt” ardıcıl iki oyunda qapısını toxunlmaz saxlamağı bacardı. “Gənclik şəhəri”nin təmsilçisini təxirə salınmış oyunda “Sabah” məyus edə bilməməşdi. Doğma meydanda “Araz Naxçıvan”a 1:4 hesabıyla uduzan “Qəbələ” üçünsə səfərdə qazanılan bir xal zəif təsəlli sayıla bilər. Aktivində 15 xalı olan “Sumqayıt” 7-ci sıradadır, “Qəbələ” isə 8 xalla yalnız “Kəpəz”i qabaqlayır.

“Neftçi” – “Sabah” 0:1
Qol:
Boyan Letiç, 90+5.
“Neftçi”: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 27. Fərid Yusifli, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
“Sabah”: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov.
Məşqçi: Artur Olenin.

“Sabah” “Neftçi”ylə oyunun favoriti sayılsa da, masazırlıların səfərdə qələbə qazanacağına çox az adam inanırdı. Maraqlıdır ki, Adrian Mutu kapitan Emin Mahmudovu ehtiyatda saxlamış, bununla da “Səbail” üzərindəki qələbənin davamının gələcəyinə ümid etdiyini göstərmişdi. Amma alınmadı. İlk hissədə “Neftçi” üstün görünsə də, fasilədən sonra bu üstünlük əldən verildi. Çoxları görüşün qolsuz heç-heçəylə başa çatacağını gözlədiyi halda səhnəyə Letiç çıxdı. Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Letiç oyundakı yeganə qola imza atdı. Görüşün baş hakimi Rəvan Həmzəzadə əvvəlcə oyundankənar vəziyyət qeydə alsa da, VAR hakimləri ilə məsləhətləşmədən sonra qol qeydə alındı.
1:0 hesablı qələbə “Sabah”a 3 xal qazandırdı və “bayquşlar”ın aktivindəki xal ehtiyatı 13-ə çatdı. Turnir cədvəlində irəliləmək mümkün olmadı, “Sabah” hələ də 8-ci yerdə qərarlaşıb. “Neftçi” isə 5-ci sıradan yuxarı qalxa bilmir.

“Araz-Naxçıvan” – “Qarabağ” 2:1
Qollar:
Orxan Əliyev, 75-pen. Elvis Maşike, 90+2 - Olavio Juninyo, 90+7.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşovic, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 11. Adama Diakabi, 18. Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.

“Qarabağ” “Zirə”nin xal itirdiyi turda qələbə qazanmaqla turnir cədvəlinin vahid liderinə çevrilə bilərdi. Amma “köhlən atlar” bunu bacarmadı. Heç kimin gözləmədiyi halda məğlub olan Ağdam təmsilçisi “Zirə”ni özündən irəli buraxdı. İlk yarısı qolsuz bərabərliklə yekunlaşan oyunun bütün qolları ikinci hissədə vuruldu. Bədavi Hüseynov əvvəlcə heçdən penalti yaratmaqla “Araz Naxçıvan”a əla hədiyyə etdi. Orxan Əliyev bu hədiyyədən əla yararlandı, “nöqtə”dən dəqiq oynadı. Cavab qolu vurmaq üçün irəli atılan “Qarabağ” qapısında ikinci qolu gördü. 92-ci dəqiqədə yaşanan epizodun əvvəlində qayda pozuntusu şübhəsi olsa da, FİFA referisi Əliyar Ağayevin fiti eşidilmədi. Luka ilə üzbəüz qalan Maşike fürsəti qaçırmadı. “Qarabağ”ın gücü təsəlli qoluna çatdı. Juninyonun əsas vaxta əlavə olunan 7-ci dəqiqədə vurduğu qol zəif təsəllidən başqa heç nəyə yaramadı.
Həm “Qarabağ”ın, həm də “Araz Naxçıvan”ın 20 xalı var. Tərəflər müvafiq olaraq 2-ci və 3-cü pillədə qərarlaşıblar.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X