“Neftçi”nin futbolçusu Yuri Matiasın cəza müddəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, Misli Premyer Liqasının XI turunda “Sabah”a qarşı keçirilən görüşün 90+3-cü dəqiqəsində qırmızı vərəqə alan braziliyalı müdafiəçi AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalandırılıb.
28 yaşlı legionerin klubu 500 manat ödəyəcək.
Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün “ağ-qaralar” daha 800 manat ziyana düşüblər.
Qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə olunub.
Qeyd edək ki, “Neftçi Arena”da keçirilən oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.