"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı qolkiper Avro-2024-ün seçmə mərhələsində noyabrın 17-də Albaniya, 3 gün sonra Çexiya yığması ilə keçiriləcək matçlar üçün Moldova millisinə çağırılıb.
Avram noyabrın 10-da "Kəpəz"lə keçiriləcək oundan sonra ölkəsinə yollanacaq.