“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisinin gəncləri II təsnifat mərhələsində ilk matçına çıxacaq.
Famil Xəlilovun baş məşqçisi olduğu "qırmızı-qaralar" Yunanıstan klubu “Olimpiakos”u qəbul edəcəklər. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmaya saat 16:00-da start veriləcək. Görüşü gürcüstanlı hakim Qoqa Kikaçeişvili idarə edəcək.
Bu komandalar arasında cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.
Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu (1:1, 1:0) mübarizədən kənarlaşdırıb.
UEFA Gənclər Liqası
II təsnifat mərhələsi
8 noyabr
16:00. Qəbələ - Olimpiakos (Yunanıstan)
Baş hakim: Qoqa Kikaçeişvili (Gürcüstan)
Qəbələ şəhər stadionu.