UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" bu gün Almaniyanın "Bayer Leverkuzen" komandasını qəbul edəcək.
Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin bu görüşdəki şanslarını dəyərləndirib.
"Qarabağ" böyük azarkeş dəstəyi fonunda nadir hallarda məğlub olur. Potensialı da nəzərə alaraq deyə bilərəm ki, biz bərabər səviyyədə mübarizənin şahidi olacağıq. Hələ qarşıda ikincilik üçün iki oyunumuz var. Hər qazanılan xal demək olar ki, bizi qrup ikinciliyinə yaxınlaşdırır. Rəqib çox güclüdür. Əvvəlcədən bilinirdi ki, qrupun favoriti Almaniya klubudur. İkincilik uğrunda mübarizə aparmaq üçün "Qarabağ"da bütün potensial var".
Nahid Məmmədov