UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Bayer Leverkuzen” matçında anşlaq gözlənilir.
Klubun mətbuat xidmətinin rəhbəri Anar hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, satışa çıxarılan bütün biletlər alınıb:
"Satışa bildiyiniz kimi, 30 min bilet çıxarılmışdı. Artıq bütün biletlər satılıb".
Qeyd edək ki, “Qarabağ” – “Bayer” matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:45-də başlayacaq.
Nihat