“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampf Rumıniya klubu “Universitatya Krayova”nı aldadıb.
Fanat.Az yerli mətbuata istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis müqavilənin ləğvi üçün razılaşdırılan 300 min avro təzminatı ödəməyib.
Bunu “Universitatya Krayova”nın sahibi Mixay Rotaru açıqlayıb. O bildirib ki, mövsümün gedişində sözləşməyə təktərəfli xitam verən və Səudiyyə Ərəbistanının “Əl-Tai” klubuna baş məşqçi təyin edilən Regekampfla bağlı məhkəməyə müraciət olunub.
Qeyd edək ki, Regekampf ötən mövsümün sonunda “Neftçi”dən göndərilib.