Rusiya millisinin qapıçılarla iş üzrə məşqçisi Vitali kafanov "Qarabağ"ın qolkiperi Andrey Lunyovun zədəsi barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, "championat"a açıqlamasında belə deyib:
"Andrey "Qarabağ"a qoşulandan sonra bir neçə çempionat matçını yüksək səviyyədə keçirdi. Ölkə birinciliyindəki bütün qarşılaşmalarda xoşagələn çıxışla yadda qaldı və qələbələrdə böyük rolu oldu. "Bayer Leverkuzen"lə oyuna çıxıb-çıxmayacağı bilinmirdi. Həkimlər oynaya biləcəyini dedilər və bu qarşılaşmada xəsarət aldı. 10 gün kənarda qalacağı bəllidir. Özü ilə əlaqə saxlamışıq. Ölkə xaricində oynayan bütün futbolçuları nəzarətdə saxlayırıq".