Milli komandanın oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən yararlanan “Araz-Naxçıvan” məşqləri davam etdirir.
Fanat.Az xəbər verir ki, 3 günlük istirahətin ardından yenidən bir araya gələn komanda Bakı Olimpiya Stadionun ehtiyat meydanında gündə bir dəfə olmaqla hazırlıq keçir.
Futbolçulardan İsmail Azzaui fərdi məşq edir. Buna səbəb yarımmüdafiəçinin köhnə zədəsini yeniləməsidir. Komandanın həkimi Anar Nəsibov onun 3 gündən sonra kollektiv məşqlərə qoşula biləcəyini bildirib.