"Sabah" Misli Premyer Liqasının 14-cü turunda "Qarabağ"a qarşı keçirəcəyi oyunda tam heyətlə çıxmaya bilər.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar" ın mətbuat katibi Elnur Həmidov deyib:
"Cəzalı oyunçumuz yoxdur. Jarl Marqarita və Kristian Sebalyos fərdi hazırlıqlar keçirlər. Bu futbolçuların meydana çıxıb-çıxmayacağı gələn həftə dəqiq bilinəcək".
Qeyd edək ki, "Sabah "- "Qarabağ" qarşılaşması noyabrın 24-də keçiriləcək.
Nahid Məmmədov