"Səbail" Misli Pemyer Liqasının 14-cü turunda "Kəpəz"ə qarşı keçirəcəyi oyunda tam heyətlə iştirak edə bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "dənizçilər" in mətbuat katibi Rəşad Məmmədov deyib:
"Cəzalı oyunçumuz mərkəz müdafiçisi Adi Mehremiçdir. O, dörd sarı vərəqə limiti dolduğuna görə "Kəpəz"lə oyunu buraxacaq. Zədəlilər isə Aleksandr Ramalinqom və Ağabala Ramazanovdur. Ramalinqomun meydanda olub-olmayacağına isə oyun günü aydınlıq gələcək".
Qeyd edək ki, "Səbail "- "Kəpəz" qarşılaşması noyabrın 25-də keçiriləcək.
Nahid Məmmədov