Bu gün Misli Premyer Liqasında iki həftəlik fasiləyə yekun vurulub.
Fanat.Az xəbər verir ki, XIV tur bir oyunla start götürüb.
Belə ki, günün yeganə matçında "Qarabağ" "Sabah"ın qonağı olub. “Bank Respublika Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayıb.
Meydan sahibləri 16 xalla 7-ci pillədə qərarlaşmışılar. Ağdam təmsilçisi isə 26 xalla ikinci idi.
Bu komandaların oyununda qapılara üç qol vurulub və yekunda Ağdam təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, turun digər oyunları noyabrın 25-26-da baş tutacaq.
Milsi Premyer Liqası
XIV tur
24 noyabr
“Sabah” – “Qarabağ” 1:2
Qollar: Jesse Sekidika, 63 - Toral Bayramov, 58-pen. Nəriman Axundzadə, 60.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bank Respublika Arena”
Sabah: 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 10. Aleksey İsayev (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 14. İshak Belfodil, 28. Kahim Parris, 12. Vensan Till.
Baş məşqçi: Murad Musayev.
Qarabağ: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.