"Hər gün üç qol vurmaq olmur. Bu, mənim peşəkar karyeramda ilk het-trikdir".
Bunu Fanat.Az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Bilel Auşeriya deyib.
Misli Premyer Liqasının 14-cü turu çərçivəsində dünən keçirilən "Qəbələ" - "Turan Tovuz" matçında (4:0) het-trik edərək komandasının qələbəsində böyük pay sahibi olan fransalı yarımmüdafiəçi matçın ardından fikirlərini bölüşüb:
"Bu gün hücumçu mövqeyində oynadım. Məşqçinin tapşırığı belə idi. Mənim işim onun dediyini etməkdir. Vinger və ya mərkəz hücumçusu mövqeyində oynamağın mənim üçün xüsusi fərqi yoxdur. Əsas odur ki, komandama faydam dəysin. Əlbəttə, qalib gəlmək həmişə xoşdur. Ancaq bu qələbə ilə kifayətlənmək niyyətində deyilik. Uğurun davamını gətirməliyik".
Nihat