01:05 28.11.2023 472

Qurban Qurbanova həsr olunmuş filmin təqdimat mərasimi keçirilib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimi keçirilib. 

Fanat.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunan idman dramı mütəxəssisin futbolçu və məşqçi karyerasından bəhs edir.

Burada Qurbanovun ötən əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əksini tapıb. Filmin premyerasını izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, federasiyaların rəhbərliyi, klubların rəsmiləri, idmançılar, idman ictimaiyyəti və media nümayəndələri, filmin yaradıcı heyəti olub.

Baş məşqçi filmdə əməyi olanlara təşəkkür edib: “Filmin çəkilişlərində bir dəfə görüşümüz oldu. Getmirdim, belə bir şeyin olmasını istəmirdim. Yekunda belə gözəl bir mənzərə yarandı. Mən futbola, idmana çox bağlıyam. Filmdə çoxlarına bəlli olmayan məqamlar ola bilər. Bu film məni illər əvvələ apardı. Keçmişimə qayıtdım. Mənə daha çox qardaşım Musa ilə bağlı epizod maraqlı oldu. Yaxşı məşqçi olmaq üçün yaxşı komandaya malik olmalısan. Bu mənada bəlkə də mənim bəxtim çox gətirib. Yaxşı işçilər, köməkçilər, rəhbərlik, futbolçularla çalışıram".

Qurbanov bu filmin onun üçün dəyərli olduğunu qeyd edib: "Bu, mənim üçün ikincidir. 50 illiyimdə cənab prezident məni Şöhrət ordeni ilə təltif etdi. Fərid Qayıbov idman və gənclər naziri olduqdan bu sahəyə diqqət daha da artıb. İdmançı, həkim olmaq mümkündür. Daha güclü olmaq üçün vətənpərvərlik lazımdır. İnanıram ki, yaralı yerimiz olan futbolumuzda da böyük nailiyyətlər, uğurlar olacaq. Həmişə ailəmi, dostlarımı, yaxınlarımı sevmişəm, amma inanın ki, Vətənimi daha çox sevmişəm. Tarixi torpaqlarımız artıq bizdədir. Hamı başıdik gəzir, bu bizim üçün daha önəmlidir".

Qeyd edək ki, filmin sentyabrda başlayan çəkilişləri Bakı və Zaqatala ərazisində aparılıb. “Stadionlar səssiz olanda” filmi noyabrın 30-dan bütün kinoteatrlarda nümayiş olunacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

Facebookdan bizi izləməyi unutmayın.
X