Dünən Azərbaycan Kubokunun ll mərhələsi çərçivəsində "Göygöl" səfərdə "Turan Tovuz" la qarşılaşdı. Oyun qonaq komandanın 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşdı. İkinci Liqa təmsilçisinin baş məşqçisi Araz Mansurovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.
Mansurovun Fanat.Az-a açıqlaması belə oldu :
"Çətin rəqibə qarşı oynayacağımızı bilirdik. Həm "Turan Tovuz" Premyer Liqada mübarizə apardığına, həm də oyunçularının fərdi keyfiyyətinə görə bizdən üstün komanadır. Açığı, matçı rəqibin qazanacağını hamı bilirdi. Oyundan öncə uşaqlarla danışdıq ki, əlimizdən gələnin artığını etməliyik və rəqib bizdən nə qədər üstün olsa da, qorxmayaraq meydanda oyunumuzu göstərməliyik. Mən elə fikirləşirəm ki, elə də oldu. Yeni yaranmış klub olduğumuzu, səviyyə fərqini nəzərə alsaq, bizim üçün bu rəqibə qarşı mübarizə aparmaq çətin idi. Onlarla oyun bir təcrübə oldu. Yaxşı mübarizə apardıq".
Nahid Məmmədov