Son günlər mətbuatda "Sabah"ın yarımmüdafiəçisi Anatoli Nuriyevin qış fasiləsində "Sumqayıt" a keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
Məsələ ilə bağlı "Sumqayıt" mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxladıq.
"Kimyaçılar" ın sözçüsü Zaur Xudiyevin Fanat.Az-a açıqlaması belə oldu:
"Bizim elə bir oyunçu haqda hansısa təşəbbüsümüz, təklifimiz olmayıb. Ümumiyyətlə, hələ transferlərlə bağlı hansısa bir iş aparılmır. Yayılan məlumatlar həqiqəti əks etdirmir".
Nahid Məmmədov