09:55 30.11.2023 216

Arslan Quliyev: “Karyeramı “Xəzər Lənkəran”da bitirdim, amma futbolsuz qala bilmədim” 

“Sabah”ın Azərbaycan futbolundakı yeri şübhə doğurmur. “Sabah”ın uşaq komandalarında çalışan mütəxissislərlər Azərbaycan futbolun gələcəyi üçün yeni istedadlar tapmağa, onları yetişdirməyə çalışır. Belə mütəxəssislərdən də biri “Sabah”ın U-11 komandasının məşqçisi Arslan Quliyevdir.

- Arslan bəy, sizi oxucularımıza daha yaxından tanıtdırmaq istərdik. Futbolda ilk addımlarınızı necə atdız, futbola gəlişiniz necə oldu? İlk məşqçinizi necə xatırlayırsız? Hansı klublarda oynamısız?
- Mən futbola 12-13 yaşlarımda məhlədən gəlmişəm. Futbola marağım böyük idi, elə məhlədə də həmyaşıdlarımla tez-tez futbol oynayırdıq. Elə futbolla məşğul olmağa da onlarla birlikdə yollandım. Qaraçuxur qəsəbəsində “Qum adası” komandasının məşq meydançası var idi. Sonradan həmin meydançaların yerində “Rəvan” Futbol Klubunun bazaları yaradıldı. Qonşuluqda yaşayan həmyaşıdlarıma qoşulub ora məşqə yollandım. İlk məşqçim də Elxan Nəsirov oldu. Uşaq futbolunda onun rəhbərliyi altında oynamışam. Elxan müəllim haqqında ancaq xoş sözlər söyləyə bilərəm. Uşaqları çox sevirdi, onlara xüsusi qayğıyla yanaşırdı. Bir qədər sərt adam idi, qorxaq uşaqları sevmirdi. Amma hər bir uşaqla dil tapmağı bacarırdı. Elxan müəllim uşaqlara izah edirdi ki, futbol mübarizə oyunudu, burda sözün məcazi mənasında savaşmaq lazımdı. Heç nədən qorxmaq lazım deyil, top uğrunda mübarizə aparmaq vacibdi. Biz ondan sərt mübarizə aparmağı, mərdlik öyrənmişik. Təəssüf ki, futbolçu karyeram istədiyim kimii alınmadı. 1-ci dvizionda “Qum adası” komandasında oynadım. Həmin vaxt uşaq liqaları indiki kimi çox deyildi. Biz 16-17 yaşımızdan peşəkar liqalarda, böyüklərin arasında oynayırdıq. 17 yaşım olanda mən “Qum adası”nın heyətində divizionda debüt etmişəm. Orda oynayarkən məni U-18 millisinə çağırdılar. Vaqif Sadıqovla Əsgər Abdullayevin rəhbərliyi altında milli komandada oynadım. Sonradan birinci divizionun müxtəlif komandalarından dəvət aldım. Karyeramı “Xəzər Lənkəran”da bitirdim. 2001/2002-ci il mövsümündə “Xəzər Lənkəran” birinci divizionda mübarizə aparırdı. Zədələr məni istədiyim kimi oynamağa, karyeramı davam etdirməyə imkan vermədi. Ona görə də karyeramı gənc yaşlarımda bitirdim.

- Bəs məşqçi olmağa necə qərar verdiz? Məşqçi kimi fəaliyyətinizə nəzər salanda hansı məqamları bizimlə bölüşmək istərdiz?
- Karyeramı bitirdikdən sonra bir müddət müxtəlif sahələrdə çalışdım. Hətta zərgər kimi də fəaliyyət göstərmişəm. 2003-cü ildə 2010-cu ilə qədər özümü müxtəlif sahələrdə sınamışam. Amma gördüm ki, ürəyim futbolla döyünür, sanki içimdə nəsə bir şey qırılmışdı. Tanışlarımla futbol oynayanda qəribə hisslər keçirirdim, gördüm ki, futbola can atıram. Ona görə də 2010-cu ildə məşqçiliyə başlamağa qərar verdim. Məşqçi kimi ilk addımlarımı “Bakı” Futbol Klubunda atmışam, orda uşaqlarla işləmişəm. Uşaqlarla işləmək xüsusi diqqət, bacarıq tələb edir. Gərək uşaqlara özünü sevdirə biləsən, onlara qayğı ilə yanaşasan. Uşaqlar da səni həm sevsin, həm də hörmət etsin. Məşqçidə öyrətmək bacarığı olmalıdı. Uşaq məşqçisi olmaq spesifik qabiliyyət tələb edir. Adam var ki, heç futbolçu olmayıb, amma uşaqları yaxşı öyrədə bilir. Bir digəri isə yaxşı futbolçu karyerasıyla öyünsə də, uşaqlara nəsə öyrətməyi bacarmır. Məşqçi öz bilik və bacarığını uşaqlara öyrətməlidi. Uşaqda da məşqçisinə güvən olmalıdı, məşqçisinə hörmətlə yanaşmalıdı ki, ondan öyrənsin. 

- “Sabah” klubunda hansı komandanı çalışdırırsız? Məşqçi kimi hansı uğurlarınızı qeyd etmək olar?
- Mən “Sabah” Futbol Klubunda artıq dördüncü mövsümdü ki, çalışıram. İlk gəldiyim il 16 yaşadək futbolçularla işləmişəm. Bu da pandemiya dövrünə təsadüf etdi, yarışlar keçirilmədi. Ondan sonra daha azyaşlı futbolçularla çalışmağa başladım. U-9 və U-10 komandalarını çalışdırdım. Hazırda isə U-11 komandasının məşqçisiyəm. Mən öz fəaliyyə dövrümdə heç vaxt nəticələrə önəm vermirəm. İstəyirəm ki, mənim komandamda olan uşaqlar futbolçu kimi püxtələşsinlər, daha yuxarı yaş qruplarında özlərini göstər bilsinlər. Futbolçu həm də şəxsiyyət kimi yetişməlidi. Bu da bizim üçün bir uğurdu. Ən azından Azərbaycan səviyyəsində premyer-liqa klublarında oynamağı bacaracaq səviyyədə futbolçular yetişdirməyə çalışırıam. Artıq nəticələr də var. Yetirmələrimizdən “Neftçi”də, “Sabah”da oynayan uşaqlar var. O futbolçulara baxıram, qürur duyuram. Elə futbolçular var ki, elita klublarında, dvizionda oynayırlar. Mən onlarla işləmişəm. Bəli, komandalarımız müxtəlif tunirlərdə qalib və mükafatçı olub, medalçılar sırasında yer tutub. Amma mənim üçün əsas nəticə yetişdirdiyimiz futbolçulardı.

- Arslan bəy, uşaq futbolu ən ağrılı yerlərimizdən biridi. Özünüz də bu yolları keçmisiz. Keçmişlə indiki dövrü müqayisə edəndə hansı fərqləri görürsüz, nələr dəyişib?
- Çox doğru ifadə etdiniz. Bir vaxtlar uşaqlar üçün ən yaxşı əyləncə elə futbol idi. Hamı can atırdı ki, futbol oynasın. O dövrlər başqa idi. Valideynlər də uşaqlarını həyətə, küçəyə sərbəst buraxırdılar. Uşaqların da ən çox oynadığı oyun futbol idi. İndi hər tərəfdə binalar tikiblər, uşaqlar üçün oynamağa yerlər qalmayıb. Digər tərəfdən isə əyləncə vasitələri artıb. Bizim vaxtımızda oynayacağımız oyuncaq top idi. Amma indi həddindən artıq əyləncə vasitəsi var. Bütün bunlar uşaqların futbola marağına təsir edir. Eyni zamanda indi çoxlu futbol məktəbləri var. Bir tərəfdən bu yaxşıdı, amma digər tərəfdən uşaqlara sərbəstlik vermək lazımdı. Onlar öz istədikləri kimi yetişməlidi. Onları aşağı yaşlardan qaydalara tabe etdirməməliyik. Uşaqlar azad böyüməlidi.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 Fevral 2024
21:21

Yığmamız ikinci turda Gürcüstana uduzdu

21:00

Azərbaycanlı hakimlər Avropa çempionatının oyunlarını idarə edəcəklər

20:28

Yüksək Liqada yerdəyişməsiz tur

20:00

MOİK yenə məğlub oldu

19:29

Azərbaycan çempionatlarında 5-ci

19:00

Sxadadzedən yeni rekord

18:31

Premyer Liqanın 25-ci turu rəqəmlərin gözü ilə

18:00

“Qaradağ Lökbatan”la “İmişli”dən inamlı qələbə

17:21

100 milyonluq vingeri üç İngiltərə nəhəngi istəyir

17:03

"Neftçi" - "Qarabağ" oyununun hakimi bilindi

16:46

Riberi bu Avropa nəhənginin baş məşqçisi ola bilər

16:29

Ronaldu nalayiq hərəkətinə görə belə cəzalandırıldı

16:07

Pol Poqbanın qorxduğu başına gəldi

15:52

Cud Bellingem qayıtdı - Hansı matçda oynayacaq?

15:35

FİFA yeni formatda keçiriləcək klublararası DÇ-nin yerini açıqladı

14:54

Xabi Alonso qərarını verdi - Danışıqlar başlayır

14:32

"Bayer"in qolçusu "Qarabağ"a qarşı oynamayacaq - DƏQİQLƏŞDİ

14:16

İspaniya nəhəngi Tuxeli istəyir

13:42

Fernandeşi boğazladılar, hakim isə... - Hamı bu epizoddan danışır

13:14

Alkaya kubokdakı hədəflərini açıqladı

12:56

Montella Arda Güler ilə görüşündən nə danışdı?

12:32

"Rəqibə rahat futbol oynamağa imkan vermədik" - Abbasov 7:0 haqda

12:15

PFL-in icarçı direktoruna UEFA-dan yeni təyinat

11:42

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirildi

11:34

"Gəncə"nin baş məşqçisi üzr istədi

11:19

"Biz bu haqdan yalnız bir dəfə istifadə edə bilirik" - "Zaqatala"nın baş məşqçisi

11:02

"Harri Potterin pərəstişkarıyam"- Kerem Aktürkoğlu

10:45

Etoo milli ilə bağlı qərarını verdi

10:26

“Titul şansımız varsa, onu qazanmaq üçün əlimizdən gələni edəcəyik”

10:05

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:44

Azərbaycan atıcılarından AÇ-də daha bir medal

09:23

Qəzəblənmiş sakinlər Dani Alvesin heykəlini bu günə saldılar - FOTO

09:00

Zidana növbəti təklif

02:21

Növbəti yarımfinalçı bəlli oldu

01:48

“Mançester Yunayted”, “Çelsi” və “Liverpul” da 1/4 finalda

01:37

“Napoli” və “İnter”dən darmadağın

01:16

Hüseynovlu “Arda” kubokla vidalaşdı

00:24

Məmmədov Polşada növbəti məğlubiyyətə üzüldü

00:02

“Traktor”dan inamlı qələbə

28 Fevral 2024
23:58

“Trabzonspor” və “Beşiktaş” yarımfinalda!

Facebookdan bizi izləməyi unutmayın.
X