Misli Premyer Liqasının 15-ci turu çərçivəsində sabah "Turan Tovuz"un qonağı olacaq "Sumqayıt" "boz qurdlar"la matça 4 itki ilə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:
"Rövlan Muradov "Zirə" iləoyunda 4-cü sarı vərəqəni aldığı üçün cəzalıdır. Kasimir Ninqa, İsa Suliman və Kristian Velinovski isə zədə səbəbindən "Turan Tovuz"a qarşı matçda oynaya bilməyəcəklər".
"Turan Tovuz" - "Sumqayıt" matçı 18:30-da keçiriləcək.
Xatırladaq ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov da cəzalı olduğu üçün Tovuzdakı qarşılaşmada texniki zonada olmayacaq
Nihat