Misli Premyer Liqasının 15-ci turunda Tovuzda "Kəpəz"lə qarşılaşacaq "Sabah" meydana tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib.
Heyətdə cəzalı oyunçunun olmadığını bildirən klub rəsmisi iki futbolçunun zədə üzündən oynamayacağını söyləyib:
"Cəzalı futbolçumuz yoxdur. Niderlandlı yarımmüdafiəçi Jarl Marqarita və ispaniyalı hücumçu Kristian Sebalyos isə zədəli olduqları üçün "Kəpəz"ə qarşı oynamayacaqlar".
Qeyd edək ki, dekabrın 3-də keçiriləcək "Kəpəz" - "Sabah" qarşılaşması 15:00-da start götürəcək.
Nihat