10:13 05.12.2023 640

“Qarabağ” uzaqlaşır, “Neftçi” ilə “Sabah” dirçəlir  – Tura baxış

Misli Premyer Liqasının XV turu bir-birindən maraqlı qarşılaşmalara səhnə oldu. “Qarabağ” “Qəbələ”ni üç cavabsız qolla üstələdi. “Neftçi” isə “Zirə”ni minimal hesabla məğlub etdi. “Kəpəz”lə Tovuzda qarşılaşan “Sabah” da vacib qələbə qazandı.

“Araz-Naxçıvan” – “Səbail” 1:1
Qollar:
Məhəmməd Kadiri, 18 - Numan Kurdiç, 90+3-öz qapısına. 
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç. 
Baş məşqçi: Azər Bağırov.
“Səbail”: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
Turun açılış oyununda “Araz Naxçıvan” Mərdəkanda “Səbail”i qəbul edirdi. Bayıl təmsilçisi gözlənilənlərin əksinə, bu qarşılaşmada özünə bənzəmədi. Rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratmağa çətinlik çəkən qonaqlar ilk hissinin elə əvvəlincədə hesabda geri düşdülər. Kadiri gözəl qolla hesabı açanda görüşün 18-ci dəqiqəsi idi. Hesabdakı üstünlük nominal meydan sahiblərini daha da ürəkləndirdi, “Araz Naxçıvan” uzun müddət səhvsiz oynadılar. Elə bunun nəticəsidir ki, “Səbail” qol vəziyyətləri yarada bilmirdi. Əvəzində Orxan Əliyev azı iki epizodda hesabı dəyişə bilərdi. Ötən tur “Neftçi”nin qapısına vacib qol vuran futbolçunun bəxti bu dəfə gətirmədi. Görüşü izləyənlər “Araz Naxçıvan”ın minimal hesabla qalib gələcəyini düşündüyü anda səhnəyə serbiyalı Kurdiç çıxdı. Kuryoz şəkildə avtoqola imza atan serb komandasının qələbəyə sevinməsinə imkan vermədi. Onun bu avtoqolu hər kəsi təəccübləndirdi.
Meydandan bir xalla ayrılan tərəflər turnir cədvəlində də qonşuluq etməkdədi. 23 xallı “Səbail” 4-cü sıradadır. 1 xal az toplayan “Araz Naxçıvan” isə elə rəqibindən bir pillə də geri qalır.

“Turan Tovuz” – “Sumqayıt” 2:2
Qollar:
Luis Paçu, 49. Otto Con, 54 - Elvin Bədəlov, 9. Erik Sorqa, 38.
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka.
Məşqçi: Mübariz Orucov.
Tovuzdakı qarşılaşmada da qalib müəyyənləşməsə də, qapılara dörd qol vuruldu. Azarkeşlər izlədikləri bolqollu oyundan zövq aldılar. Özü də hesabı qonaqlar açdığından adətən, “qapalı oyun”a üstünlük verən meydan sahibləri daha çox hücuma keçməyə başladılar. Elvin Bədəlov artıq 9-cu dəqiqədə “Sumqayıt”ı səfərdə önə çıxardı. Fasilə ərəfəsində Sorqa “Sumqayıt”ın üstünlüyünü iki topa çatdırdı. Bundan sonra düşünmək olardı ki, qonaqlar qərb səfərindən 3 xalla qayıdacaqlar. Amma əzmkar “Turan Tovuz” qısa müddətdə məğlubiyyətdən qaça bildi. Bunun üçün onlara fasilədən sonra təxminən 10 dəqiqə kifayət etdi. Paçu ilə Otto Conun qolları ümumilikdə 5 dəqiqə aralığına sığdı. Tərəflərin cəhdləri qalan dəqiqələrdə fayda verməyincə 2:2 hesabı sona qədər dəyişmədi.
23 xallı “Sumqayıt” liderlərin təqibini davam etdirir və 3-cü pilləni əldən vermək fikrində deyil. Cəmi 16 xalı olan “Turan Tovuz” isə hələ də 8-ci pillədədir.

“Kəpəz” – “Sabah” 0:2
Qollar:
Anatoli Nuriyev, 6. Yeqor Xvalko, 14-öz qapısına.
“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
Baş məşqçi: Adil Şükürov
“Sabah: 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 28. Kahim Parris, 12. Vensan Till.
Baş məşqçi: Murad Musayev
“Kəpəz” Gəncə şəhər stadionu təmirə bağlandığından “Sabah”ı Tovuzda qəbul edirdi. Uzaq yol gələn “Sabah” rəqibin işini 14 dəqiqəyə bitirməyi bacardı. 6-cı dəqiqədə Nuriyev “Sabah”ı hesabda önə çıxardı. Masazır təmsilçisinin digər qoluna isə “Kəpəz”in legioneri Xvalko imza atdı. Hesabdakı üstünlük “Sabah”ın da rahatlaşmasına şərait yaratdı. Hücumların kəsərini azaldan nominal qonaqlar zaman-zaman üstünlüyü “Kəpəz”ə verməkdən belə çəkinmədilər. Amma oyunçularının səviyyəsi aşağı olan “Kəpəz” 90 dəqiqə ərzində fərqlənməyi, azarkeşlərinə ümid verməyi bacarmadı. Adil Şükürovun gəlişiylə müsbət dəyişikliyə ümid edən gəncəli futbolsevərlər yenə də acı məğlubiyyətlə barışdılar. 
“Sabah” növbəti 3 xalını qazansa da, hələ də liderlər qrupundan çox uzaqdadır. Cəmi 19 xalı olan “Sabah” 7-ci sıradan yuxarı qalxa bilmədi. “Kəpəz” isə ondan üç pillə geri qalır. Yəni ki, 10 xallı “Kəpəz” turnir cədvəlinin sonuncusudur.

“Neftçi” – “Zirə” 1:0
Qol:
Rəhman Hacıyev, 60.
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber
Baş məşqçi: Adrian Mutu
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 6. Eldar Quliyev, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi” mövsün ən vacib qələbələrindən birini qazandı. Avqustda öz meydanında “Qəbələ”ni üstələyən “ağ-qaralar” o vaxtdan bəri doğma meydanda qələbə qazana bilmirdi. Mutu “Neftçi Arena”dakı ikinci qələbəsini “Zirə” ilə oyunda qazandı. Bu dəfəki qələbə qoluna Rəhman Hacıyevin imza atması da maraqlı məqamdır. Yarımmüdafiəçi elə “Qəbələ” ilə oyunda da hesabı açmışdı. Bu dəfə onun qolu yeganə oldu. Sözün düzü, tərəflər qol vurmaq həvəsiylə alışıb-yanana da bənzəmirdilər. “Zirə”nin hücum potensialının zəif olması heç kimə sirr deyil. “Neftçi” isə çoxsaylı hücumçularının faydasını görə bilmir. Oyuna əvəzetmədən qoşulan hücumçu Olanarenin vacib epizodların birində ayaqlarını bir-birinə dolaşdırması da acı təbəssüm doğuran görüntü idi.
“Zirə” bu məğlubiyyətlə “Qarabağ”ı özündən 4 xal irəli buraxdı. Qəsəbə təmsilçisi 28 xalla ikinci sırada qərarlaşıb. “Neftçi” isə 22 xalla 6-cı sıradadır.

“Qarabağ” – “Qəbələ” 3:0
Qollar:
Hamidu Keyta, 7. Nəriman Axundzadə, 64. Olavio Juninyo, 90+2.
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
“Qarabağ”ın işləri qaydasındadır. Norveçdən sərfəli nəticəylə qayıdan və avrokuboklarda növbəti  uğurunu rəsmiləşdirən “köhlən atlar” “Qəbələ”ni çətinlik çəkmədən məğlub etdilər. Artıq 7-ci dəqiqədə Keyta hesabı açdı. Qoldan sonra “Qəbələ” bir qədər fəallaşıb, cavab qolu vurmağa çalışsa da, bu istəyi hərəkətə keçirmək mümkün olmadı. Belədə tərəflər fasiləyə “Qarabağ”ın minimal üstünlüyü ilə yollandılar. Meydan sahibləri fasilədən sonra “Qəbələ” azarkeşlərini daha iki dəfə məyus etdilər. Əvvəlcə Nəriman Axundzadə adını tabloya yazdırdı. Onun vurduğu qoldan sonra hakimlər uzun müddət oyundan kənar vəziyyətin olub-olmamasını müzakirə etdilər. VAR-dan gələn siqnaldan sonra qol qeydə alındı. Qarşılaşmada son nöqtəni Juninyo qoydu. Buna qədər bir neçə epizodda Rəşad Əzizli komandasını qoldan xilas etsə də, 92-ci dəqiqədə o da 3-cü qola əngəl ola bilmədi.
3:0 hesablı qələbə qazanan “Qarabağ” liderliyini bir qədər də möhkəmlətdi. Zirvənin şəriksiz sahibinin aktivindəki xal sayı 32-dir. 11 xallı “Qəbələ” isə minimal fərqlə sonuncu pillədəki “Kəpəz”i qabaqlayır.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Fevral 2024
03:41

“Latsio”dan səfərdə inamlı qələbə

03:00

“Qalatasaray”ı Avroliqada 1/8 finala buraxmadılar

02:51

KL: Mahirsiz “Dinamo” 1/8 finalda!

01:58

“Heç kimdən qorxmalı deyilik” - Qurban Qurbanov

01:40

“Heç kim bizim qarşımızda dayana bilməz” - Tahir Gözəl

01:18

“Bağışlanmaz səhvlərə yol verdik” – Artur Jorje

00:55

Millimiz İsveçrəyə məğlub oldu

00:22

“Qarabağ”dan tarixi nəticə – Azərbaycan çempionu 1/8 finalda!

22 Fevral 2024
23:27

“Kəpəz”lə oyuna bir itki ilə

23:04

Super Liqada yeni mövsüm nə vaxt başlayacaq?

22:43

Almaniyalı qapıçı Dani Alvesi geridə qoydu

22:21

“Atletiko”da ciddi itki

22:00

“Qarabağ” - “Sumqayıt” matçının təyinatları açıqlandı

21:31

Millimiz Polşa ilə yoldaşlıq görüşü keçirəcək

21:02

“Turan Tovuz” – “Neftçi” oyununun biletləri satışda!

20:33

Azərbaycan gimnastları üçün Rumıniya sınağı

20:04

“Araz-Naxçıvan” ən yaxın izləyicisinə də qalib gəldi

19:35

Azərbaycan yığması Qazaxıstana yollandı

19:06

“Azərreyl”dən növbəti qələbə

18:37

AFFA-nın əməkdaşına sertifikat təqdim edilib

18:17

Kroos qərarını şəxsən açıqladı: "Baş məşqçi xahiş etdi"

18:08

“Şamaxı” xal itirdi, “İmişli” qalib gəldi

17:58

Klublarımızın qış çalışmaları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

"Sumqayıt"dan yeni transfer - RƏSMİ

17:18

Artur Jorje dünyasını dəyişdi

17:01

"Sağ olsun uşaqlar, bunu bacardılar" - Kənan Kərimov

16:44

"Lazım olanda azərbaycanca məlumat verirəm" - Ozobiç "Qarabağ"a inanır

16:27

Arda Gülərin İspaniyada 3 elçisi var - ADLAR

16:10

"Qalatasaray" Portuqaliya millisinin üzvünü stəyir

15:53

Tuxel İngiltərə nəhəngini arzulayır

15:36

"Belə oyunda bərabərlik yaxşı nəticədir" - "Napoli"nin kapitanı 

15:18

"Tam formalaşmasaq da, döyüşdük" - Rüfət Quliyev 

15:01

Dani Alveş həbs olundu 

14:43

"Arsenal"ı sonda üzən braziliyalı nə danışdı?

14:26

Lük Şounun Almaniya arzusu suya düşdü

14:09

De Rossi "Feyenoord"dan çəkinir: "Son dəfə bizə qarşı görüşdə top buraxıblar"

13:52

İstanbul nəhəngi yayda gətirdiyi ulduzu göndərməyə qərar verdi

13:35

"Arsenal" 8 ildir "qara zolaq"dan çıxa bilmir

13:18

Modriçin "Real"dan sonrakı klubu bilindi

12:59

Mahir Emreli sıraya döndü

Facebookdan bizi izləməyi unutmayın.
X