"Bayern Münhen" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.
Xəbərə görə, Münhen təmsilçisi "Bayer Leverkuzen"in futbolçusu Florian Virtsin xidmətində maraqlıdır. Mənbə Virtsin özünün Almaniya nəhənginə keçmək variantına isti yanaşdığını və transferin baş tutmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Xatırladaq ki, "Bayer Leverkuzen" Azərbaycan təmsilçisi "Qarabağ"la birlikdə Avropa Liqasının H qrupunda mübarizə aparır. Xabi Alonsonun çalışdırdığı kollektiv "köhlən atlar"a qarşı keçirdiyi hər iki matçda qələbə qazanıb. Ağdamlılar səfərdə 1:5, evdə 0:1 hesabı ilə uduzub. Almaniyadakı matçda (5:1) meydan sahiblərinin ilk qolunu matçın 4-cü dəqiqəsində Virts vurub.
Nihat