Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşan millimiz minimalhesablı qələbə qazanıb – 1:0.
Millimizin yeganə qolunu 68-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Bu millimizin Millətlər Liqasında keçirdiyi oyunlarda qazandığı ardıcıl 5-ci qələbədir.
Yekun turnir cədvəli:
1. Azərbaycan - 16
2. Monteneqro - 12
3. Kipr - 7
4. Farer adaları - 0