22:57 08.12.2023 403

Qurban Qurbanov: “Oyunun tempi daha yüksək oldu”

Premyer Liqanın 16-cı turunun “Sumqayıt” - “Qarabağ” oyunundan (1:6) sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

“Futbolçularımı təbrik edirəm. Çox dinamik oyunla yaxşı qalibiyyət əldə olundu. “Sumqayıt” ilk dəqiqələrdən sürətli hücumlara çıxdı, pressinq tətbiq etdi və oyunun tempi daha yüksək oldu. “Sumqayıt”a təşəkkür edirəm. Böyükhesablı qalibiyyət olsa da, çox istərdim ki, oyundan qopmayaq. Bəzi epizodlar oldu ki, bunu qoruyub saxlaya bilmədik. Əlbəttə ki, buna rəqib məcbur edir. Amma çalışmalıyıq ki, oyun intizamını sonadək saxlayaq. “Sumqayıt” son vaxtlar yaxşı nəticələri, oyunu ilə seçilir. Bu gün zədəliləri, çətinlikləri var idi. Azarkeşlər üçün maraqlı, baxımlı oyun oldu. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm, “Sumqayıt”a uğurlar arzulayıram. Hər görüşə belə motivasiya ilə çıxmaq istəyirik. Bəzən alınır, bəzən alınmır. “Sumqayıt” öz oyunu ilə məcbur edir ki, belə motivasiyalı olaq, dinamik futbol göstərək. Bu, çox yaxşı haldır. Belə nəticə göstərən komandaya qarşı diqqətli olmalıyıq. Bütün rəqiblərə qarşı belə ciddi hazırlaşırıq. Amma bəzi komandalar tempi saxlamağa şərait yaratmır. “Sumqayıt” isə öz oyunundan əl çəkmədi ki, bu da sevindiricidir”.

Baş məşqçi meydandakı gərginlik, Marko Veşoviçin zədəsi və yerli oyunçu transferinə də toxunub: “Komandamızın çox rahat oynadığını deməzdim. Hesab 3:0 olanda da gərginlik var idi. Futbolçular sanki həyəcanlı idi. Bu matçla “Hekken”lə görüşün heç bir asılılığı yoxdur. Başqa-başqa turnirlərdir. Qarşıda 5 gün vaxtımız var ki, rəqibi futbolçulara tanıdıb, proqramla çalışaq. Ümidvaram ki, Veşoviçdə ciddi zədə olmaz. Əzələsində  gərginlik hiss etdi və həkimlərə bildirdi. Sabah tam bilinəcək. Yerli futbolçularla çox ciddi maraqlanırıq və ilboyu izləyirik. Maraqlandığımız bəzi oyunçular olsa da, onların öz klubları var. Danışıqlar apardığımız futbolçular olub, amma klubları razılaşmayıb. Ona görə də alınmayıb. Çox istərdik ki, qışda və ya yayda bir neçə yerli oyunçu qataq. Emil Səfərov maraqlandığım futbolçulardan biridir, lakin keçidlə bağlı danışıq olmayıb”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2025
10:02

DÇ-2026: İngiltərə ilə Niderlandın səfər sınağı - YENİLƏNİR

09:34

Azərbaycan millisi Latviya ilə üz-üzə - YENİLƏNİR

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 İyun 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

19:14

"Roma" Qasperiniyə tapşırıldı - RƏSMİ

18:44

DÇ-2026-nın 10 iştirakçısı bəllidir - ADLAR

18:19

Qasperininin yerini Yuriç tutacaq

17:45

"Azərbaycan millisi ilə keçmişdəki oyunlara baxmırıq" - Latviya yığmasının baş məşqçisi

17:16

Belçika millisinin sabiq çalışdırıcısı İtaliya yolunda - SON DURUM

16:39

Bekhem "Cəngavər" olacaq

16:20

Özbəkistan millisinin futbolçularına prezidentdən hədiyyə

15:47

Federasiya rəsmisi Avropa Qızıl Liqası oyunlarına təyinat aldı

15:17

Yamal son 112 ildə ilk belə futbolçudur

14:50

Messi üçüncü dəfə bu mükafata sahib çıxdı

14:12

Azərbaycan millisi Belarusa yollandı

13:55

"Premyer Liqada oynayan heç bir qapıçıdan zəif deyiləm" - Orxan Sadıqlı ən böyük arzusunu dilə gətirdi

13:19

"Arsenal" braziliyalısı ilə müqavilə yenilədi

12:53

İtaliyalı hakimi qarğışa görə futboldan uzaqlaşdırdılar

12:28

Mbappe Qrizmannın rekordunu qırdı - Tarixdə beləsi olmayıb

11:14

DÇ-2026: Ançelottinin Braziliya millisindəki debütü uğurlu olmadı

10:46

Qızıl Avropa Liqası: Azərbaycan millisi Slovakiyaya qarşı

09:30

Qattuzo Xorvatiya klubundan ayrıldı

09:00

Veyqa Avropaya qayıtdı - RƏSMİ

08:45

Azərbaycanda Qurban bayramı qeyd olunur

00:58

Millətlər Liqası: 9 qol vuruldu, İspaniya finala yüksəldi

05 İyun 2025
23:40

"Liverpul" "Barselona"nın təklifini geri çevirdi

23:05

“Tour d’Azerbaidjan” yarışı bərpa olunur

22:39

Əliyar Ağayev növbəti təyinat alıb

22:24

Özbəkistan millisi dünya çempionatında oynamaq hüququ qazandı

21:51

Amerikalı yarımmüdafiəçi Madrid nəhəngi ilə anlaşdı - SON DURUM

21:20

MY-nin ulduzu karyerasını A Seriyasında davam etdirməyə yaxındır

Facebookdan bizi izləməyi unutmayın.
X