Bu gün Beynəxalq Futbol Günüdür. Azərbaycan millisinin və "Qarabağ" ın sabiq çalışdırıcısı Ağasəlim Murcavadovla əlaqə saxlayıb bu il ölkə futbolunun necə təsir bağışladığını soruşduq.
"Şöhrət" ordenli mütəxəsxsisin Fanat.Az-a açıqlamasını təqdim edirik:
"İstərdim ki, klublarımız keyfiyyətli olsunlar, hər il Avropa səhnəsində yer alsınlar. Çünki klublar yaxşı olanda yığma da yaxşı oyanayacaq. Ona görə də hər il iki-üç klubumuz Çempionlar Liqasında, Avropa Liqasında və Konfrans Liqasında çıxış etməlidir. Buna bəzi klublarda şərait də var. Biz yığmanın oynamasını istəyiriksə, klubların inkişafına nail olmalıyıq. Bəlli məsələdir ki, futbolçular yığmaya klublardan gəlirlər. 2024-cü ildən iki-üç klubumuzun avrokubokların qruplarına düşməsini arzulayıram. Belə olsa, keyfiyyətli yerli oyunçuların sayı çox olacaq".
Nahid Məımmədov