11:26 11.12.2023 653

“Köhlən atlar” rəqiblərindən uzaqlaşır  – Tura baxış

Misli Premyer Liqasının XVI turunda sensasiya baş vermədi. Turnir cədvəlinə inamla liderlik edən “Qarabağ” “Sumqayıt”ın daşını-daş üstünə qoymadı. “Neftçi” ilə “Sabah” da növbəti qələbəsini qazanmaqla iddialarını bir daha ortaya qoydular. “Zirə” isə növbəti dəfə xal itirdi.

“Sumqayıt” – “Qarabağ” 1:6
Qollar:
Erik Sorqa, 43 - Leandro Andrade, 21; 73. Olavio Juninyo, 29. Abdullah Zubir, 33. Yassin Benzya, 58. Hamidu Keyta, 86.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 58. Oktavio Manteka.
Məşqçi: Mübariz Orucov.
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

“Qarabağ” bu dəfə də “Sumqayıt”a rəhm etmədi. Xatırladaq ki, bu komandaların ilk dövrədəki qarşılaşması da “Qarabağ”ın böyük hesablı qələbəsiylə yekunlaşmışdı. Bu dəfə “Sumqayıt” doğma meydanda oynayırdı. Üstəlik, Samir Abasovun çalışdırdığı komanda hazırda yüksəliş dövrünü yaşayır. Bütün bunlar “Qarabağ”ın səviyyə fərqini ortaya qoymasına əngəl olmadı. Qurban Qurbanovun etimad göstərdiyi lider futbolçuların hamısı bu etimadı doğrultdular və “Sumqayıt”ın qapısına qol vurmaq fürsətini əldən vermədilər. Leandro Andrade “dubl” müəllifi oldusa, Juninyo, Zubir, Benzya və Keyta hərəyə bir dəfə “Sumqayıt”ın qapısının torunu silkələdilər. Meydan sahiblərinin zəif təsəllisi Soqranın 43-cü dəqiqədə vurduğu qol oldu ki, bu qolun da nəticəyə təsir etmədiyi acı həqiqətdir.
Xalını 35-ə çatdıran “Qarabağ” turnir cədvəlinə inamla liderlik edir. Ağdam təmsilçisi azı qış fasiləsinə qədər liderlik kürsüsündən düşmək fikrində deyil. Bu tura qədər 3-cü pillədə olan “Sumqayıt” isə bir addım geriləyib. “Gənclik şəhəri”nin təmsilçisi 23 xalla 4-cü sıradadır.

“Qəbələ” – “Kəpəz” 0:3
Qollar:
Georgi Papunaşvili, 6, 73, Adama Niane, 69
Qırmızı vərəqə: Emin Səfərov 
“Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal.
Baş məşqçi: Adil Şükürov.

Ötən mövsüm avrokuboklara vəsiqə qazanan “Qəbələ”də böhran dərinləşməkdədir. “Qırmızı-qaralar” bu tur sonuncu pilləyə düşməmək üçün “Kəpəz”ə uduzmamalı idi. Amma Elmar Baxşıyevin çalışdırdığı komanda bu “tapşırığın” da öhdəsindən gələ bilmədi. Qonaq komanda “Qəbələ”nin qapısına vurduğu üç qol sayəsində inamlı qələbə qazanaraq, “zirzəmi”dəki yerini “Qəbələ”yə “təhvil verdi”. Emil Səfərovun qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyması meydan sahibləri üçün uğursuz bəhanə sayıla bilər. Çünki buna qədər də gəncəlilər hesabda önə çıxmışdı.
Papunaşvili 6-cı dəqiqədə hesabı açmaqla “Kəpəz”in iddiasını ortaya qoymuşdu. Fasilədən sonra gürcü futbolçu “dubl”unu rəsmiləşdirdi. Buna qədərsə Niane Rəşad Əzizlini və “Qəbələ” azarkeşlərini məyus etmişdi. Prinsipial qarşılaşmada məğlub olan “Qəbələ” sonuncu pilləyə yuvarlandı. Əyalət təmsilçisi indiyə qədər cəmi 11 xal toplamağı bacarıb. Xalını 13-ə çatdıran “Kəpəz” isə özünü 9-cu sırada xoşbəxt hiss edir.

“Zirə” – “Araz-Naxçıvan” 0:0
“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 82. Vüsal Alızadə, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç
Baş məşqçi: Azər Bağırov

FİFA-nın baş katibinin və AFFA rəhbərliyinin izlədiyi qarşılaşmada qapılara qol vurulmadı. Kim bilir, bəlkə də tərəflər rəsmi şəxslərin gözləri qarşısında bir-birinin xətrinə dəymək istəmədilər. Amma heç kimə sirr deyil ki, həm “Zirə”, həm də “Araz Naxçıvan” bu mövsüm hücum futboluna o qədər də həvəs göstərmir, rəqibləri məyus etmək həvəsiylə alışıb-yanmır. Onlar üçün vacib olan öz qapılarından qol buraxmamaqdır ki, son turda bu məqsədə hər iki komanda çatdı. Üstəlik, əsas rəqiblərin də xal itirməsi “Zirə”nin kefini elə də pozmadı. Qəsəbə təmsilçisi 2-ci sıradakı yerini qorumağı bacarır. Rəşad Sadıqovun çalışdırdığı komandanın aktivində 29 xal var. “Araz Naxçıvan” isə 23 xalla 6-cı pilləyə qədər geriləyib.

“Sabah” – “Səbail” 4:0
Qollar:
Sofian Çakla, 8; 21. Jesse Sekidika, 28. Vensan Till, 59.
“Sabah”: 55. Nicat Mehbalıyev, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 12. Vensan Till.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 53. Fəxri Məmmədli, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Məşqçi: Artur Olenin.
“Səbai”l: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.

Əsas rəqiblərin “qış yuxusu”na getməsi fonunda “Sabah”ın dirçəlişi davam edir. Masazırlılar doğma meydanda “Səbail”in qapısına 4 cavabsız top vurdular. Özü də görüşün taleyi hələ ilk yarıda həll olundu. Çakla 21-ci dəqiqədə “dubl”unu rəsmiləşdirdi. Jesse 7 dəqiqə sonra “Sabah”ın üstünlüyünü üç topa çatdırdı. Oyunda son nöqtəni Till 59-cu dəqiqədə qoydu. Lüksemburqlu futbolçu adını qol müəllifi kimi tabloya yazdırmaqla “Sabah”ın 4:0 hesablı qələbəsini rəsmiləşdirdi.
Oyundan sonra Şahin Diniyev futbolçu çatışmazlığından, zədəlilərin çoxluğundan şikayətlənsə də, bu şikayətlər nəticəyə bəraət qazandıra bilməz. Avrokuboklara iddia edən komanda üçün 0:4 hesablı yenilgi fiasko sayılmalıdır. “Sabah” artıq yuxarı sıralara boylanmaqdadır. Murad Musayevin çalışdırdığı komanda 22 xalla 7-ci sırada olsa da, 4-cü pillədəki “Sumqayıt”dan cəmi 1 xal geri qalır. “Qara zolağa” düşən “Səbail” isə 23 xalla 5-ci sıradadır.

“Neftçi” – “Turan Tovuz” 3:2
Qollar:
Filip Ozobiç, 5. Rəhman Hacıyev, 56. Aaron Olanare, 73 – Roderik Miller, 8. Otto Con, 59.
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 97. Sadiq Şəfiyev, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.

“Neftçi” özünə gəlməkdədir. İlk dövrədə “Turan Tovuz”u səfərdə məğlub edən “ağ-qaralar” bu qəhrəmanlığı doğma meydanda da təkrarladı. Özü də “ağ-qaralar” bu mövsümdə nadir hallarda bacardığını edib, bir oyunda rəqibin qapısına 3 qol vurmağı bacardı. Belədə “Turan Tovuz”un vurduğu iki qol da məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Bu qələbə “Neftçi” üçün həm də ona görə əhəmiyyətli oldu ki, ölkənin ən qocamam klubu mükafatçılar sırasında yer almağı bacardı. 25 xallı “Neftçi” artıq 3-cü sırada yer alıb. Düzdü, “ağ-qaralar” liderdən düz 10 xal geridə qalır. Amma indi buna görə qəm yeməyə dəyməz. Çünki paytaxt təmsilçisi mövsümün əvvəlindən daha çətin günlər keçirib. 16 xallı “Turan Tovuz” isə yalnız “Kəpəz”lə” “Qəbələ”ni üstələməsiylə təskinlik tapa bilər.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:50

MPL: "Səbail" - "Zirə" oyununda heyətlər bilindi, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

Facebookdan bizi izləməyi unutmayın.
X