23:11 13.12.2023 417

AFFA-dan saxtakarlıq etmiş məşqçiyə 1 illik cəza

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “City Baku” - “Record Club” oyununda “Record Club”un futbolçusu Emil İsrəfilov rəqib oyunçunu bilərəkdən əli ilə vurduğuna görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.

Region Liqasının “Ağstafa Gəncləri” – “Qarxun” FK oyununda “Qarxun”un köməkçi məşqçisi Akif Rəhimov qarşılaşmanın 8-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb.

U-15 Liqasının “Zirə” PFK – “Sabah” FK oyununda “Zirə”nin futbolçusu Kamal Qasımlı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Zirə”nin baş məşqçisi Yasin Yaqubzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb.

U-11 Liqasında keçirilməli olan “Gəncəvi” (Gəncə) - “Qoşqar” (Gəncə) oyunu “Qoşqar”ın heyətində yetərsay olmadığı üçün baş tutmadığına və “Qoşqar” komandasında bu hal cari mövsümdə 3-cü dəfə təkrar olunduğuna görə sözügedən komanda yarışlardan kənarlaşdırılıb.

U-10 Liqasında keçirilməli olan “Binə” FK – “Zəngəzur” FK oyunu “Zəngəzur”un heyətində yetərsay olmadığı üçün baş tutmadığına və “Zəngəzur”da bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zəngəzur”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilməli olan “Xətai” FK – “Zirə” PFK oyunu “Xətai”nin təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına və “Xətai”də bu hal cari mövsümdə 3-cü dəfə təkrar olunduğuna görə sözügedən komanda yarışlardan kənarlaşdırılıb.

U-13 Liqasında iştirak edən “Baku Sporting” komandasının heyətində yer alan N9 futbolçu Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxs mötərizədə qeyd edilən oyunlarda (I tur “Baku Sporting” – “Zirə” PFK (2:1), II tur “Modern FC” – “Baku Sporting” (1:5), III tur “Baku Sporting” – “Fənər Bakı” (8:1), IV tur EFA – “Baku Sporting” (2:4), V tur “Baku Sporting” - ROFM (0:0), VI tur “Zəngəzur” FK – “Baku Sporting” (2:1), VII tur “Baku Sporting” – “Xəzər Baku” (5:0), VIII tur “Neftçi” PFK – “Baku Sporting” (2:2), IX tur “Baku Sporting” – “Xəzri Buzovna” (6:1)) iştirak etdiyinə görə “Baku Sporting” komandasına həmin oyunlarda 0:3 hesablı texniki məğlubiyyət verilib. Sənədlərin saxtalaşdırılmasında iştirak etmiş “Baku Sporting” klubunun məşqçisi Şamil Məmmədov 6 ay şərti olmaqla 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.

Futzal üzrə Yüksək Liqada keçirilməli olan “Baku Fire” – “Record” oyunu “Baku Fire” komandası əsasnamə ilə tələb olunan vaxt ərzində oyun protokolunu təqdim etmədiyinə, lakin “Baku Fire” komandası vaxtında oyuna gəldiyinə görə matç yenidən keçirilsin. Oyunun keçirilməsi Azərbaycan Futzal Federasiyasına həvalə edilsin.

Yüksək Qızlar Liqasının “Sumqayıt” – “Şəmkir” oyununda “Şəmkir” komandası Əsasnamə qaydalarını pozaraq protokolda adı olmayan və digər komandada qeydiyyatdan keçmiş 6 nömrəli futbolçu Aysel Ziyadovanı oyuna daxil etdiyinə görə “Şəmkir” klubuna texniki məğlubiyyət verilib. Matçın hesabı olduğu kimi saxlanılıb.

U-17 Qızlar Liqasının “Sumqayıt” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının baş məşqçisi Aliyə Vəliyeva köməkçi hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

Facebookdan bizi izləməyi unutmayın.
X