"Neftçi" futbolçusu Kenni Sayef ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti paylaşım edib.
Yarımmüdafiəçinin şəxsi məsələlərə görə paytaxt təmsilçisi ilə vidalaşdığı bildirilib.
ABŞ vətəndaşı olan İsrail əsilli futbolçu ötən ilin yayından Azərbaycan klubunda çıxış edirdi.