12:16 19.12.2023 709

İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırıldı

Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırılıb. 

Fanat.Az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub. 

Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-cü ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.

Azərbaycanın ilk qanuni milli mərc saytı olan “ETOPAZ”ın sponsorluğu ilə keçirilən ilin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimində Q.Qurbanov çıxış edib: "Son günlər yaxşı qələbələrimiz çox oldu. Bu il qarşımızda olan məqsəd üç turnirdə keyfiyyətli iştirak etmək idi. Avropa Liqasının qrup mərhələsini geridə qoyduq. İkinci yerlə tamamladıq və pley-off mərhələsinə çıxdıq. İşlər qaydasındadır. Çempionatda da liderik. Kubok oyunumuz da var. Bunlar bir yana, dəfələrlə demişəm ki, hər il belə dəyər veriləndə daha da həvəslənirəm, daha da məsuliyyətli oluram. İşim daha da qələzləşir. Hər bir insanın prinsipi var. İdmançıda prinsipin olması daha vacibdir ki, o adı qoruyub-saxalasın. Heç vaxt istəmərəm ki, özüm haqqımnda və ya hansısa idmançı haqda zəif fikir formalaşsın". 

Mütəxəssis məsuliyyətinin daha da artdığını vurğulayıb: "Çox istəyərdim ki, uğurlarımız daha da çox və böyük olsun. Həmişə bu uğurları kiçik saymışam. Çünki biz əgər futboldan, Azərbaycan futbolundan danışırıqsa, mütləq Avropa ilə müqayisə etməliyik. Bu gün kiçik uğurumuz görün xalqımızı necə sevindirir. Hansı ki, komanda pley-off mərhələsinə çıxıb, nə qədər sevinc var. Əfsuslar olsun ki, bunu daha da çox edə bilmirik. Futbolumuzu daha da düzgün və yaxşı inkişaf etdirə bilmirik. Elə içi mən qarışıq. Avropada futbol çox sürətlə inkişaf edir. Sadəcə nəticəyə baxılmır. Başqa Avropa klublarının iş prinsipləri, strukturları və gələcək planları ilə çox maraqlanıram. Çox böyük işlər görülür. Amma biz bu uğura tamamdır desək, qarşıda bizi yaxşı heç nə gözləmir. Əgər biz bu sahədə çalışırıqsa, istəyərdim ki, cəm halında futbola daha çox diqqət ayrılsın və yaxşı futbolçularımız, məşqçilərimiz, funksionerlərimiz yetişsin. Əgər bu sahə bizə həvalə olunursa, çox məsuliyyətli olmalıyıq. Azərbaycan vətəndaşı olaraq vicdanla çalışmalıyıq. Sizlərin bu dəyəri görəndə, inanın ki, həm sevinirəm, həm daha məsuliyyətli, daha güclü oluram. Gələcək üçün daha güclü olmağı istəyirəm. 

Bugünkü tədbir 13 rəqəmin üzərində quruldu. Bəli, bu rəqəmə bir az marağım var. Amma bu rəqəmi böyütmürəm, şişirtmirəm. Çox istəyərdim ki, gələcəkdə "Qarabağ" olaraq stabil qalaq, minimumu bu uğuru qoruyub-saxlayaq. Qarşıda pley-off matçı olacaq. Bu oyuna hazırlaşmalıyıq. Çox ciddi rəqib düşüb. Ən yaxşısı, doğrusunu etməyə çalışacağıq. Hər birinizə təşəkkür edirəm. Hansı uğuru əldə edəcəyimizə söz verməyi xoşlamıram. Amma sizlər və azarkeşlər üçün hər zaman məsuliyyətlə çalışırıq. Ancaq uğursuzluq olsa, bilin ki, tənbəllik olmayıb. Sizləri çox sevirəm, uğurlar arzulayıram".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X