13:14 19.12.2023 1754

Büdcəsi göz qamaşdıran Moutinyulu "Braqa" - "Qarabağ"ın rəqibini tanıyaq

Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ" Portuqaliya təmsilçisi "Braqa" ilə qarşılaşacaq. Yaşı bir əsrdən çox olan rəqibin xüsusi təqdimata ehtiyacı olmasa da, müəyyən məlumatları sizlərlə bölüşməyi uyğun saydıq.

102 yaşlı braqalılar

Tam adı "Sporting Clube de Braga" ("Braqa İdman Klubu") olan klub 1921-ci ildə yaradılıb. 1975-ci ildən davamlı olaraq elitada çıxış edir. Braqa təmsilçisinin "arxiyepiskoplar", "topçular" "Minyunun döyüşçüləri" kimi ləqəbləri var. Komanda evdə ağ-qırmızı, səfərdə isə göy forma ilə mübarizə aparır. Ehtiyat geyim dəsti isə mavidir. Eyniadlı şəhərin 102 yaşlı təmsilçisi hazırda ev oyunlarını 30 min 286 azarkeş tutumuna malik "Braqa Munisipal" stadionunda leçirir. Bu idman qurğusu 2004-cü ildə baş tutan Avropa çempionatı üçün tikilib.

Yeni əsrin yeni "Braqa"sı

"Qarabağ"ın rəqibini 21-ci əsrdə daha ciddi inkişafla diqqət çəkməsi faktdır. "Braqa" 2000-ci ildən sonra "böyük üçlük"də ("Sportinq", "Portu", "Benfika") olmadığı halda, Portuqaliyanın ən uğurlu klublarından birinə çevrilib. "Arxiyepikoplar" daxili arenada uğur qazanmaqla yanaşı, avrokuboklarda da iddialarını ortaya qoymağa başlayıblar. Bu yöndə "Braqa"nın ilk ciddi uğuru 2008-ci ilə təsadüf edib. Komanda son dəfə keçirilən İntertoto Kubokunun qalibi olub. 2009/10 mövsümündə "Braqa" "Benfika"nı 5 xal geridə qoyaraq çempionatının gümüş medallarını qazanıb və ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Həmin turnir ilk olsa da, son olmayıb. "Topçular" UEFA Avropa Liqasında və Çempionlar Liqasında müntəzəm görünməyə başlayıblar. 2010/11 mövsümündə AL-in finalınadək irəliləyən "ağ-qırmızılar" Dublində baş tutan həlledici qarşıalşmada digər Portuqaliya klubu "Portu"ya 0:1 hesabı ilə yeniliblər.


Son ÇL macərası

2022/2023 mövsümündə 78 xal toplayaraq Portuqaliya çempionatının bürünc medallarına sahib çıxan "Braqa" təsnifat mərhələrini uğurla dəf edərək "Real Madrid", "Napoli" və "Union"la birlikdə Çempionlar Liqasının C qrupunda mübarizə aparmaq hüququ qazanıb. İspaniya nəhənginə hər iki oyunda uduzan (səfərdə 0:3, evdə 1:2) "topçular" Neapolda 0:2 hesabı ilə yenildiyi "Napoli"yə də evdə asanlıqla boyun əyməyib - 1:2. "Union"la öz meydanında bərabərliyə razılaşan (1:1) "Minyunun döyüşçüləri" Almaniyada qazandıqları qələbə (3:2) hesabına qrupda 3-cü yeri tutublar.

Baş məşqçi

"Arxiyepiskoplar"ın indiki baş məşqçisi 51 yaşlı sabiq müdafiəçi Artur Jorjedir. Jorje futbolçu olduğu dönəmdə məhz "topçular"ın uğurları üçün çalışıb. O, "Braqa"nın əsas komandasında 1992-2004-cü illər aralığında 240 rəsmi matça çıxıb. Daha öncə klubun aşağı yaş qrupları üzrə komandalarını və əvəzedicilərini çalışdırmış mütəxəssis ötən ildən indiki postundadır.  

Azarkeş qrupları

Ölkə birinciliyinin gümüş (2009/10) və bürünc medallarını, 3 dəfə Portuqaliya Kubokunu ( 1965/66, 2015/16, 2020/21) qazanmış "Braqa"nın çempionluğu olmasa da, "Bracara Legion", "Comandos Vermelhos", "Ultra Red Boys" kimi sadiq azarkeş qrupları var. Elə bu səbədən də "Braqa Munisipal"ın dolu tribunaları önündə oynamaq istənilən rəqib üçün çətindir.

Horta, Moutinyu, Bruma və konqolu qoleador

3 braziliyalı, 4 ispan və başqa ölkələrdən legionerləri olan "Braqa"da 20 yaşlı türk Serdar Saatçı da top qovur. Serdar cari mövsüm 8 matçda meydana çıxmağa imkan tapıb. Komandanın əsas qolçuları 27 yaşlı konqolu Simon Banza və Portuqaliya millisinin də formasını geyinən sol cinah vingeri Rikardo Hortadır. Banza cari mövsüm 14 oyunda rəqib qapılarına 13 dəfə yol tapıbsa, kapitan sarğısını daşıyan 29 yaşlı Horta 12 oyunda 7 qola imza atıb. Bir müddət "Qalatasaray"ın uğurları üçün çalışmış Bruma (12 oyuna 2 qol) əsas heyət üzvlərindən biridirsə, 37 yaşlı Joau Moutinyu illərlə qazandığı təcrübəni daha gənc komanda yoldaşları ilə bölüşür.

Büdcəsi və ən bahalı oyunçusu

"Transfermarkt" portalının məlumatına əsasən, "Braqa"nın illik büdcəsi 126 milyon avrodur. Klubun ən bahalı oyunçusu isə kapitan Hortadır - 20 milyon avro.

Portuqaliya çempionatındakı son vəziyyəti 

"Braqa" hazırda ölkə çempionatının turnir cədvəlində 4-yerdə qəralaşıb. Sözügedən kollektiv 14 tura 9 qələbə, 2 heç-heçə, 3 məğlubiyyətlə yadda qalıb. Bu qarşılaşmalarda 36 qol vuran "topçular" 21 dəfə topu tordan çıxarıb.

Nihat


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X