Misli Premyer Liqasının XVIII turunda "Səbail"i qəbul edəcək "Sumqayıt" tam heyətlə məşq edə bilmir.
Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:
"Cəzalı futbolçumuz yoxdur. Kristian Velinovskinin ayağı sındığı uzun müddətə sıradan çıxması öncədən bəllidir. Hazırda İsa Suliman da məşq etmir. İsa bir müddət öncə zədə problemini geridə qoysa da, həmin nahiyədə ağrıları olduğuna görə kollektiv çalışmalardan kənarda qalıb. "Səbail"ə qarşı oynayıb-oynamayacağına yəqin ki, oyun günü qərar veriləcək".
Qeyd edək ki, "Sumqayıt" - Səbail" qarşılaşması dekabrın 23-də keçiriləcək. "Kapital Bank Arena"da reallaşacaq qarşılaşmanın start fiti 18:30-da səslənəcək.
Nihat