Bu gün Misli Premyer Liqasında 2023-cü ilin son turu start götürüb.
Fanat.Az xəbər verir ki, üç yünü əhatə edəcək 18-ci turun açılış oyunu Qəbələdə baş tutub.
Autsayder mövqeyində qərarlaşan "Qəbələ" "Sabah"ı qonaq edib. Oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Xatırladaq, “Sabah” "Qəbələ" ilə son 5 görüşdə xal itirməmişdi. Bölgə təmsilçisi bu rəqibi ilə son 8 oyunda qələbə qazanmamışdı.
Misli Premyer Liqası
VIII tur
22 dekabr
Qəbələ - Sabah 1:0
Qol: Murad Musayev, 45+2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu
Qəbələ: 13. Kristof Atanqana, 28. Murad Musayev (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 10. Omar Hani.
Baş məşqçi: Elmar Baxşıyev.
Sabah: 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 24. Maruan Hadudi, 19. Emmanuel Apeh, 28. Kahim Parris, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.