Misli Premyer Liqasının XVIII turunda "Araz-Naxçıvan"ı qəbul edəcək "Turan Tovuz" oyuna tam heyətlə hazırlaşa bilmir.
Bunu Fanat.Az-a açıqlamasında "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev deyib:
"Faiq Hacıyev vərəqə limiti dolduğu üçün "Araz-Naxçıvan"a qarşı oynamayacaq. Şəhriyar Əliyevlə Paçu Luisin isə zədələri var. Bu futbolçuların meydana çıxıb-çıxmayacaqları oyun günü bilinəcək".
Qeyd edək ki, sabah keçiriləcək "Turan Tovuz" - "Araz-Naxçıvan" qarşılaşması 16:00-da başlayacaq.
Nihat