13:21 24.12.2023 448

“Avrokuboklara vəsiqə qazanmasaq da, faciə olmayacaq” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Dünən üzücü hadisə oldu. Allaha şükür itkisiz, xəsarətsiz başa çatdı. Belə olmasını istəməzdik. Hər işdə bir xeyir var. Çətin komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" özündən söz etdirən komandadır. Ağır qrafikdə idik. Futbolçularımdan razıyam. Sevindirici haldır ki, bir pillə yuxarı qalxdıq. Qış toplanışını yaxşı keçməliyik. Mövsümün ikinci yarısı daha ağır keçəcək. Klub olaraq inkişaf etməliyik. Bu il yaxşı şeylər çoxdur. Ötən mövsümün ilk yarısını 17 xalla 6-cı yerdə bitirmişdik. Bu il isə 22 xal toplamışıq.

Bu dəqiqə transfer haqda düşünmürük. Hazırda bizim problemimiz transfer deyil. 22 xalımız var. Bizi qane etməyən iki oyunumuz olub. Biri səfərdə "Qəbələ" ilə, digəri isə evdə "Səbail"lə matç. Digər matçlarda məğlub olsaq belə, rəqibdən zəif olmamışıq. Bəzi hakim səhvləri oldu. Bu gün 25-26 xalımız ola bilərdi. Amma bu, futboldur. Böyük çempionatlarda da belə hallar qaçılmazdır. 

Çempionatın əvvəlindən hədəfimizi demişik. Gələcək üçün iddialı olmaq istəyirik. Bir ildə iddialı ola bilməzsən. Bizdə səhv yanaşma var. Bir çox klublar bunun badına gediblər. Bu gün qarşımıza avrokubok hədəfi qoymamışıq. Bunun üçün bizdən üstdəki klublar qədər büdcəmiz olmalıdır. Hələ ona tələsmirik. Eləyə bilərik. Amma bir yol seçmişik. Avrokuboklara vəsiqə qazansaq, sevinəcəyik. Qazanmasaq da, faciə olmayacaq. Əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X