"Zirə" yeni hücumçu transferini reallaşdırmaq üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, "Qəbələ"nin sabiq forvardı Rafael Utziqdir.
Qəsəbə təmsilçisi artıq braziliyalı futbolçu ilə danışıqları uğurla başa çatdırıb və Utziq yaxın günlərdə komandaya qoşulacaq.
Xatırladaq ki, ötən ilin yayında "Qəbələ"dən ayrılan Utziq Cənubi Koreyanın "Çunqnam Asan" klubuna keçmişdi.
Nahid Məmmədov