AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, İK-nın növbəti iclası yanvarın 11-də Gəncədə keçiriləcək.
Saat 14:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla)
3. Digər məsələlər
Qeyd edək ki, sabah Gəncədə "Kəpəz" Futbol Akademiyasının yeni binasının açılışı da baş tutacaq.