Qış transfer pəncərəsinin açılmasından istifadə edən “Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır.
Fanat.Az xəbər verir ki, sözügedən klub “Sabah”dan İldar Ələkbərovu icarəyə götürüb.
Hər iki cinahda və hücumda oynamaq keyfiyyətinə malik 23 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın heyətində 17 nömrəli formanı geyinəcək.