"Zirə"nin futbolçusu Eldar Quliyev iş yerini dəyişmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində "Sabah" maraqlıdır.
Aleksey İsayevi "Qarabağ"a satan "Sabah" onun yerini Eldarla doldurmaq istəyir. Hazırda tərəflər danışıqları davam etdirir.
Xatırladaq ki, Eldar ötən ilin fevralından "Zirə"nin formasını geyinir.