“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:3 hesabı ilə uduzduqları görüşdən sonra bunları söyləyib:
"İki standart vəziyyətdən qol buraxdıq və bununla da oyunun ipini yığa bilmədik. Psixoloji cəhətdən toparlana bilmədik. Müdafiəçilərin yoxluğu da özünü göstərdi. İtkilər oyunçuların rotasiyasını düzgün etməyə imkan vermir.
Rəqibin 3-cü qolundan sonra bir anlıq kuboku düşündüm. Yəni ağlıma gücümüzü ora saxlamaq gəldi. Amma son dəqiqələrə qədər oyunu xilas etməyə çalışdıq. Bu oyuma görə çox heyfslənirəm. Qələbə qazanmalı olduğumuz görüş idi".