
Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində fəxri kürsüyə qalxıblar.
Fanat.Az-ın Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, milli üzvləri qarışıq-qoşa yarışında bürünc medal qazanıblar.
Qeyd edək ki, mayın 28-də start götürən yarışa mayın 31-də yekun vurulacaq.