Misli Premyer Liqasının 21-ci turunda "Zirə" səfərdə "Qəbələ" ilə qarşılaşıb. Görüş bərabərliklə başa çatıb – 1:1. Qonaq komandanın yarımmüdafiəçisi İsmayıl İbrahimli ilə əlaqə saxlayıb bir neçə suala cavab verməsini istədik.
Mövsümün əvvəlində "Qarabağ"dan icarəyə götürülən "20 nömrə"nin Fanat.Az-a müsahibəsini təqdim edirik:
- Sizcə, mövsümə yaxşı başlayan "Zirə" niyə son turlarda eniş yaşayır?
- Mövsümə yaxşı başlamışdıq və ardıcıl qələbələr qazandıq. Oyun baxımından eniş yaşadığımızı deməzdim. Hər komandanın mövsüm boyu xal qazanmadığı turlar olur. Bu, normaldır.
- Yaxşı, "Qəbələ"yə qalib gəlməyinizə mane olan səbəb nə idi?
- Oyuna yaxşı başlamışdıq. Şanslarımızı qola çevirə bilmədik.
- Artıq 8 oyundur ki, çempionatda qələbə qazana bilmirsiniz. Sizcə, buna səbəb psixoloji amildir?
- Heç bir problemimiz yoxdur. Oyun planında rəqiblərdən zəif çıxış etsəydik, psixolojı səbəbləri əsas gətirmək olardı.
Nahid Məmmədov