Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Zirə" doğma meydanda "Səbail"i qəbul edib. Görüş "qartallar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin yarımmüdafiəçisi İbrahim Abbas oyundan sonra fikirlərini Fanat.Az-a bölüşdü:
"Çox yaxşı oyun alındı. Güclü komandaya qarşı çətin bir matç oldu. İlk dəfə idi ki, nəticəmiz belə yaxşı bitdi. Biz yarımfinalda özümüz üçün ən xoş missiyanı arzu edirik”.
Nahid Məmmədov