Misli Premyer Liqasının XXII turu iddialı komandaların xal itirməsi ilə yadda qaldı. Belə ki, lider "Qarabağ" da daxil olmaqla, ilk dörd pillədə qərarlaşan kollektivlərin hamısı büdrədi. Bu, ortabab komandaların iddialılarla xal fərqini azaltmasına şərait yaratdı. Beləliklə, turnir cədvəlinin 2-8-ci sıralarında mövqe tutan 7 klub arasında ümumi fərq 7 xala endi.
Qarabağ - Sabah 3:3
Qollar: Marko Yankoviç, 31-pen. Olavio Juninyo, 64-pen. Yassin Benzya, 90+7 - İshak Belfodil, 45+1-pen; 54-pen. Tellur Mütəllimov, 90+5.
Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vensan Till, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 25. Hüseyn Məmmədzadə, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Məşqçi: Ruslan Qafitullin
"Qarabağ" Portuqaliya səfəri ərəfəsində "Sabah"ı sınağa çəkdi ki, bu, tərəflərin son 12 gün ərzində üçüncü dueli oldu. Murad Musayevin istefasına yol açan 7:1-dən sonrakı iki matçda rəqibini yenə bilməyən "köhlən atlar"ın bu görüşlərdə 7 top buraxması azarkeşlərdə narahatlıq doğurdu. "Braqa" ilə Avropa Liqası ərəfəsində müdafiə və qapıda boşluqların olması gözdən yayınmadı. Amma mümkündür ki, "Qarabağ" bütün motivasiyasını avrokubok matçına yönəldib və həm iz azdırır, həm də gücünü qoruyur. İstənilən halda, "Sabah"la çempionatdakı görüşdə qeyda alınan heç-heçə komandanın turnir mövqeyinə təsir göstərmədi. Kubokdakı son məğlubiyyət də heçə sayılmalıdır: yarımfinala adlayan tərəf "köhlən atlar" oldu.
“Kəpəz” – “Səbail” 1:4
Qollar: Martins Junior, 29 - Aleksandr Ramalinqom, 45+6-pen. Rüfət Abdullazadə, 51. Süleyman Alluş, 60, 90.
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fal
Baş məşqçi: Adil Şükürov
“Səbail”: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 7. Madi Queta
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev
"Səbail" nəhayət, "qara zolaq"dan çıxa bildi. "Kəpəz" üzərində böyük hesablı qələbə bu il qazanılan ilk zəfər oldu. Belə ki, Şahin Diniyevin komandası qış fasiləsindən sonra 2-si kubok matçı olmaqla, keçirdiyi 5 matçda qələbəyə sevinə bilməmişdi. "Kəpəz"i yenməklə Bayıl təmsilçisi həm turnir cədvəlindəki mövqeyini bir qədər yaxşılaşdırdı, həm də psixoloji ab-havanı düzəltdi. "Dənizçilər" növbəti turda "Araz-Naxçıvan"ı da yensə, həm onu qarabaqara izləyən muxtar respublika təmsilçisindən aralanacaq, həm də ilk "üçlük"lə fərqi minimuma endirəcək.
“Turan Tovuz” – “Qəbələ” 2:1
Qollar: Aleks Souza, 43, Ayxan Quseynov, 53 - Bilel Auaşeriya, 77
“Turan Tovuz”: 13. Aydın Bayramov, 88. Faiq Hacıyev, 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Urfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Baş məşqçi: Elmar Baxşıyev
"Qəbələ" "Kəpəz"in yenilgisindən yararlana bilmədi. Halbuki, Elmar Baxşıyevin komandasının buna hava-su kimi ehtiyacı vardı. Axı elə bu ay gəncəlilərlə "elitada qalmaq uğrunda matç" olacaq. Düzdür, buna qədər daha bir tur olacaq. Ancaq "Sabah"la üz-üzə gələcək "Kəpəz"dən fərqli olaraq, "Qəbələ"nin növbəti turda "Qarabağ"la görüşü ayın sonuna təxirə salınıb.
"Turan Tovuz"a gəlincə, inamlı qələbə qazanan qərb təmsilçisi özünə yaxşı ad günü hədiyyəsi etdi. Belə ki, bu gün "Turan" klubunun yaranmasından 31 il ötür.
“Zirə” – “Sumqayıt” 0:0
"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Andriya Lukoviç, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 87. İlqar Əhmədov, 28. Abbas İbrahim, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 10. Kamran Aliev, 9. Erik Sorqa
Baş məşqçi: Samir Abasov
Hər iki komandanı sanki heç-heçə qane edirdi. Nəticə etibarilə belə də oldu. Əldə olunan 1 xal "Sumqayıt"ın həm ən yaxın izləyicisi, həm də lider "Qarabağ" ilə xal fərqinin dəyişməz qalmasına şərait yaratdı. "Zirə" isə çempionatda 9-cu (!) qələbəsiz oyununu keçirdi. Bu görüşlərin 5-də heç-heçə edib 4-də məğlub olan "qartallar" cəmi 1 qol vurub və 4-nü buraxıb. "Zirə"nin son 9 görüşdə cəmi 4 top buraxmasına digər komandaların hamısı həsəd apara bilər, hücumdakı "dişsizlik" isə problemin böyüklüyündən xəbər verir.
“Araz-Naxçıvan” – “Neftçi” 1:0
Qol: Orxan Əliyev, 90+2-pen.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov
"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 11. Kilan Lebon, 88. Brayan Moreno.
Baş məşqçi: Miodraq Bojoviç
"Araz-Naxçıvan" qələbəsiz oyunlar seriyasına "Neftçi" ilə oyunda son qoymağı bacardı. Azər Bağırovun komandası 2-si kubok matçı olmaqla, son 6 oyunda qələbəyə sevinməmişdi. Paytaxt təmsilçisi üzərində qələbə matçın sonlarında vurulan penalti ilə əldə olundu.
"Neftçi" Miodraq Bojoviçin rəhbərliyi altında hələki ümidləri tam doğrultmur. Növbəti turda "Zirə" ilə qarşılaşacaq "ağ-qaralar" bu turda itirdiyi 3 xalı gələn həftə daha bir iddialı rəqibi ilə görüşdə geri qaytara bilər.
Mirağa