Birinci Liqanın 15-ci turunda "Araz Saatlı" səfərdə "Karvan" ilə qarşılaşıb. Görüş "pambıqçılar"ın minimal hesablı 0:1 məğlubiyyəti ilə yekunlaşıb. Saatlı təmsilçisinin baş məşqçisi Rüfət Quliyevlə əlaqə saxlayıb matçla bağlı fikirlərini öyrəndik.
Klubun baş məşqçisinin Fanat.Az-a müsahibəsini təqdim edirik:
- Oyunu ümumi olaraq necə dəyərləndirirsiniz?
- "Karvan"a qarşı komanda çox yaxşı çıxış etdi. Tam formalaşmasaq da, döyüşdük. Komandam xarakter göstərdi. Rəqibin qolu zamanı şanssızlıq oldu. Ümumi uşaqlara təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra nəticəmiz olacaq.
- Komandanı mövsümün sonunda hansı pillədə görürsünüz?
- Sona kimi mübarizə aparacağıq. Bütün diqqətimizi sonuncu pillədən qurtulmağa yönəltmişik. Bunun üçün qarşıdakı oyunlarda nəticə qazanmağa çalışacağıq.
- Erkən istefa verə bilərsiniz?
- İstefa barədə düşünmürəm. Bizim qarşıda məqsədimiz var. Klub rəhbərliyi, məşqçi heyəti və futbolçular komandanı bu vəziyyətdən çıxarmağa çalışırıq.
Nahid Məmmədov