Birinci Liqanın 15-ci turunda "Zaqatala" doğma meydandanda "İmişli" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Zaqatala təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb görüş barəsində fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu oyunda iki eyni səhv buraxdıq. Nəticədə qapımızda qollar gördük. Məğlubiyyətin səbəbi səhvlərimiz idi. Ümumi olaraq "Araz Saatlı" və "Qaradağ Lökbatan"la matçlarda eyni səhvləri etdik. Məşqçi olaraq bütün məsuliyyət bizim üstümüzdədir. Ona görə ki, məşqlərdə işimizi düzgün görməmişik. Eyni epizoddan qollar buraxılırsa, deməli, bu, bizim səhvimizdir. Məğlubiyyətin digər səbəbi isə qol vura bilməməyimizdir. Bir çox qol epizodlarından yararlana bilmirik. Birinci hissədə istədiyimiz oyunu sərgilədik. İkinci hissədə isə emosialara qapıldıq. Digər tərəfdən də, "İmişli" zəif komanda deyil. Heyətində Premyer Liqa təcrübəsi olan oyunçular var".
Nahid Məmmədov