“Neftçi” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”ı qəbul edəcək.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan derbisi ərəfəsində “ağ-qaralar”ın heyətində iki itki var. Uzun müddətdir zədəli olan Emil Balayev və Ataa Caber “Qarabağ”a qarşı oynamayacaq.
Digər zədəli oyunçular isə artıq komandaya qoşulub və kollektivlə birlikdə məşq edir.
“Neftçi” – “Qarabağ” qarşılaşması martın 3-də, saat 19:00-da “Neftçi Arena”da start götürəcək.