23:13 29.02.2024 487

“Sumqayıt”dakı ilkin təəssüratlar çox müsbətdir” – Ekvadorlu futbolçu

“Sumqayıt”ın yeni transferi Cordan Rezabala klubun mətbuat xidmətinə müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir:

- Əvvəlcə, doğum gününüzü təbrik edirik. Ailənizdən uzaqda doğum gününü qeyd etmək necə hissdir? Darıxmırsınız? 
- Təbrik üçün təşəkkür edirəm. Əlbəttə ki, xüsusi günləri əzizlərindən uzaqda qeyd etmək çox çətindir. Amma hələlik belədir və bununla barışmalıyıq. Gələcəkdə özəl günlərimizi bir yerdə qeyd etməyə çox vaxtımız olacaq.

- Artıq bir neçə gündür ki, “Sumqayıt” klubuna qoşulmusunuz. Komanda ilə məşqlərə çıxmısınız. İlkin təəssüratlarınız necədir?
- Çox yaxşı komandamız var. İlkin təəssüratlar çox müsbətdir. Hər gün özümü daha yaxşı, daha inamlı hiss edirəm və bu, mənim üçün yaxşıdır.

- Azərbaycan və Ekvadordakı məşq prosesləri arasında hansı fərqlər var? Məşq zamanı nəyisə anlamaqda çətinlik çəkmirsiniz? Nəzərə alsaq ki, arada dil baryeri də var.
- Çox fərq yoxdur, bir az dəyişiklik var, amma həmişə getdiyin yerə uyğunlaşmalısan. Bu, futboldur və ən böyük problemləri belə həll etmək üçün yaxşı oynamaq lazımdır. Əgər yaxşı çıxış etsən, bütün baryerlər aradan qalxacaq və uğurlu olacaqsan.

- Ümumiyyətlə, komandaya adaptasiya prosesi necə gedir. Oyunçularımız çox mehribandırlar. Yeni gələn futbolçuları asanlıqla öz aralarına qəbul edirlər. Sizinlə bu proses necə oldu?
- Həqiqətən, burada özümü çox rahat hiss edirəm. Yavaş-yavaş yeni həmkarlarımı tanıyıram, onlar çox yaxşı insanlardır. Ən əsası peşəkar aspektdə yaxşı komanda, ailə yaratmaqdır. Biz bunu bacaracağıq.

- Məşqdən kənar asudə vaxtınızı necə keçirirsiniz? Şəhəri gəzmək şansınız olubmu?
- Şəhərlə tanış olmaq üçün çox az vaxtım olub, amma bəzi yerlərdə olmuşam və məncə, çox gözəldir. Daha çox yerləri görmək üçün sonra vaxt olacaq.

- Qida ilə bağlı hər hansı probleminiz varmı? Bizim mətbəxə aid yeməklərin dadı xoşunuza gəlirmi?
- Buranın yeməkləri çox dadlıdır, çox xoşuma gəlir.

- Qarşıda “Kəpəz”lə oyun var. Necə düşünürsünüz, bu rəqibə qalib gəlmək olacaq?
- Rəqibdən asılı olmayaraq, bütün oyunlar həmişə mürəkkəbdir. Diqqətimizi gördüyümüz işlərə yönəltməliyik və işimizi peşəkar səviyyədə görməliyik.

- Sonda, azarkeşlərə nə demək istərdiniz?
- Eşitdiyimə görə, “Sumqayıt”ın çox coşğulu azarkeş qrupu var. Bizi ruhlandırmaq üçün insanların stadionda olması hər zaman yaxşıdır. Əminəm ki, oyunçuların hər biri təmsil etdiyimiz rənglər üçün meydanda bütün gücünü ortaya qoyur. Və biz - həm azarkeşlər, həm də oyunçular məqsədlərimizə çatmaq üçün birlik olmalıyıq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

Facebookdan bizi izləməyi unutmayın.
X