Misli Premyer Liqasının 20-ci turunda "Sumqayıt" evdə "Kəpəz"lə qarşılaşacaq. "Kimyaçılar" görüşə itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında Sumqayıt təmsilçisinin sözçüsü Zaur Xudiyev deyib:
"Abu Dosso və Elvin Bədəlov sarı vərəqə limitləri dolduğuna görə oynamayacaqlar. Kamran Quliyev isə qripə yoluxduğu üçün oyunu buraxacaq. Kristian Velinovski isə hələ ki, zədəsini bərpa edir".
Qeyd edək ki, bu gün reallaşacaq "Sumqayıt"- "Kəpəz" qarşılaşması 19:00-da start götürəcək.
Nahid Ustaclı